[b]“Azərreyl” “Çelenc Cup”da[/b]
21.06.2018 - 13:05
Ölkəmizi qadın voleybolçular arasında avrokubokda təmsil edəcək komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan ötən il olduğu kimi, bu dəfə də “Çelenc Cup”da bir komanda ilə mübarizə aparacaq.
Qitəmiqyaslı turnirdə Super Liqanın qalibi “Azərreyl” çıxış edəcək. Bu, “dəmiryolçular”ın avrokubokda 18-ci cəhdidi. Bakılılar “Çelenc Cup”da isə 4-cü dəfə oynayacaqlar.
Yarışın püşkatması iyunun 28-də Lüksemburqda olacaq. Turnirə isə noyabrın 11-də start veriləcək.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0