"Azərreyl" heyətinə 2 voleybolçu qatdı
09.02.2024 - 19:54
"Azərreyl" heyətinə 2 voleybolçu qatdı

“Azərreyl” heyətini 2 yeni voleybolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bakı təmsilçisi həm kişi, həm qadınlardan ibarət komandaya yeni oyunçu cəlb edib. Serbiyalı Milos Antoniç “Azərreyl”in uğurları üçün çalışacaq. 37 yaşlı oyun qurucusu 197 sm boya malikdir.

Qadınlardan ibarət komanda da eyni mövqeni 27 yaşlı asiyalı ilə gücləndirib. Çinli Jiarui Yu paytaxt klubu ilə müqavilə imzalayıb. 

0