“Azərreyl” ilk oyunda Almaniya klubuna uduzdu - YENİLƏNİB
15.12.2022 - 00:02
“Azərreyl” ilk oyunda Almaniya klubuna uduzdu - YENİLƏNİB

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün növbəti avrokubok oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş medalçısı Çelenc kubokunun 1/16 final mərhələsinin ilk matçına çıxıb.

Eldar Yusubovun baş məşqçisi olduğu komanda Almaniyada yerli “Zul”la üz-üzə gəlib. “Azərreyl” bu qarşılaşmada nominal meydan sahibi olub. Tərəflər hər iki görüşün Almaniyada təşkil olunmasını razılaşdırıb. "Azərreyl" 2-ci setdə hesabı bərabərləşdirsə də, sonda oyunu 1:3 uduzub.

Qeyd edək ki, komandaların sabahkı cavab oyununda “Zul” meydan sahibi sayılacaq.

Çelenc kuboku, qadınlar
1/16 final, ilk oyun
14 dekabr
22:00. “Azərreyl” (Azərbaycan) – “Zul” (Almaniya) - 1:3 (15:25, 25:23, 20:25, 16:25)

Turingen Voleybol Arena
 

0