"Azərreyl" "Neftçi"yə qarşı
03.04.2024 - 14:12
"Azərreyl" "Neftçi"yə qarşı

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar aprelin 4-də və 8-də keçiriləcək.

Apasport.az xəbər verir ki, aprelin 4-də saat 17:00-da “Murov Az Terminal” VK-nun idman zalında MOİK və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər. Həmin gün GİN-in Voleybol Mərkəzində isə “Azərreyl” və “Neftçi” komandaları qarşılaşacaqlar. Bu matç saat 17:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Aprelin 8-də çempionatın son turunun oyunları baş tutacaq. “Murov Az Terminal” VK-nun idman zalında “Neftçi” və MOİK komandaları üz-üzə gələcəklər. Günün digər oyunu GİN-in Voleybol Mərkəzində “Murov Az Terminal” və “Azərreyl” komandaları arasında olacaq. Hər iki oyun saat 17:00-da başlayacaq.

Qeyd edək ki, bu oyunlardan sonra pley-off mərhələsi start götürəcək.

4 aprel

Yüksək Liqa (kişilər)

17:00. MOİK - “Murov Az Terminal”

“Murov Az Terminal” VK-nun idman zalı

17:00. “AZERRAIL” – “Neftçi” (CBC Sport – canlı)

GİN-in Voleybol Mərkəzi

8 aprel

17:00. “Neftçi” – MOİK

“Murov Az Terminal” VK-nun idman zalı

17:00. “Murov Az Terminal” – “AZERRAIL”

GİN-in Voleybol Mərkəzi

0