"Azərreyl" qızıl medala bir qədər də yaxınlaşdı
14.04.2023 - 20:56
"Azərreyl" qızıl medala bir qədər də yaxınlaşdı

Qadın voleybolçular arasında ölkə birinciliyində final mərhələsinin növbəti oyunları baş tutub. 

Apasport.az xəbər verir ki, bu gün Voleybol Mərkəzində əvvəlcə “Abşeron” və “Azərreyl” üz-üzə gəliblər. Çempionluq üçün yarışan bu komandaların ilk matçında qələbə qazanan “Azərreyl” bu oyuna da yaxşı başlayıb və ilk seti 25:19 hesabı ilə öz xeyrinə yekunlaşdırıb. Üstünlüyünü sonadək davam etdirən Eldar Yusubovun komandası növbəti hissələrdə 25:20 və 25:22 hesabları ilə qalib gələrək qızıl medala bir qədər də yaxınlaşıb.

Növbəti oyun bürünc medal uğrunda mübarizə aparan UNEC və “Murov” arasında olub. Görüş cütün ilk matçında qələbə qazanmış “Murov”un üstünlüyü ilə keçib. 3 set davam edən matçda Vüqar Əliyevin yetirmələri rəqibi quru hesabla 3:0 (25:11, 25:14, 25:9) məğlub ediblər. Beləliklə, “Murov” 3-cülük yolunda ümumi hesabı 2:0 edib.

Yüksək Liqa (qadınlar)
14 aprel

Final
“Abşeron” – “Azərreyl” 0:3 (19:25, 20:25, 22:25)

Bürünc medal uğrunda
UNEC – “Murov” 0:3 (11:25, 14:25, 9:25)

0