Bu gün kişi voleybolçular arasında Yüksək Liqada 2025-ci ilin ilk oyunları keçirilib.
Apasport.az xəbər verir ki, IV turun ilk günündə 2 matç baş tutub.
Hər iki görüş GİN-in Voleybol Mərkəzində təşkil olunub. Öncə “Azərreyl” çempionatın autsayderi MOİK-i qəbul edib. "Dəmiryolçular" çətinlik çəkmədən 3 xalı hesablarına yazıblar - 3:0.
Ardınca liderlər meydana çıxıblar. İtkisiz irəliləyən “Murov Az Terminal” və “Xilasedici” görüşündə də eyni hesab qeydə alınıb. Meydan sahibləri qalib gəliblər.
Yüksək Liqa (kişilər)
IV tur
7 yanvar
16:00. MOİK - “Azərreyl” - 0:3 (12:25, 10:25, 14:25)
GİN-in Voleybol Mərkəzi
18:00. “Murov Az Terminal” - “Xilasedici” - 3:0
GİN-in Voleybol Mərkəzi
Qeyd edək ki, tura sabah “Neftçi” - “Gənclər” matçı ilə yekun vurulacaq.