"Azərreyl" zirvəni əldən vermir
26.03.2024 - 21:56
"Azərreyl" zirvəni əldən vermir

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, Yüksək Liqada XVIII turun üç matçı baş tutub.

Gəncədə eyniadlı komanda çempionatın autsayderi UNEC-i sınağa çəkib. "Tələbələr" cəmi 31 xal qazanaraq, hər 3 setdə uduzublar. GİN-nin Voleybol Mərkəzində öncə Abşeron" və "Milli Aviasiya Akademiyası" münasibətlərini ayırd edib. Qələbə qazanan Abşeron voleybolçuları 2-ci pilləyə yüksəliblər. Turun son oyununda "Azərreyl"ə uduzan "Murov Az Terminal" 3-cü yerə geriləyib. 3 xal "dəmiryolçular"ın liderliyini bir az da möhkəmlədib. Onlar 45 xalla ən yaxın izləyicisini 6 xal qabaqlayırlar.

Yüksək Liqa (qadınlar)
XVIII tur
"Gəncə" - UNEC - 3:0 (25:14, 25:9, 25:8)

Gəncə OİK

"Abşeron" - "Milli Aviasiya Akademiyası" - 3:0 (25:19, 25:22, 25:14)
GİN-in Voleybol Mərkəzi

"Murov Az Terminal" - "Azərreyl" - 1:3 (19:25, 17:25, 25:19, 23:25)
GİN-in Voleybol Mərkəzi

0