"Azərreyl"dən asan qələbə
23.02.2023 - 22:52
"Azərreyl"dən asan qələbə

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün keçirilən oyunlarla III dövrəyə yekun vurulub.

Apasport.az xəbər verir ki, günün ilk görüşündə “Murov”la “Abşeron” üz-üzə gəlib. Bu matçda qalib 4 setdə müəyyənləşib. Oyun “Abşeron”un 25:22 hesablı üstünlüyü ilə başlasa da, sonda “Murov” qələbəyə sevinib. 2-ci setdə 25:14 hesabı ilə qalib gələn Vüqar Əliyevin yetirmələri 3-cü və 4-cü setlərdə də 25:22, 31:29 hesabı ilə qalib gəliblər. Beləliklə, aktivinə 3 xal yazdıran “Murov” turnir cədvəlində 2-ci pilləyə yüksəlib. 

Voleybol Mərkəzində təşkil olunan IX turun son qarşılaşması “Azərreyl” və UNEC komandaları arasında olub. Bu görüşdə isə qalib 3 setdə müəyyənləşib. Turnir cədvəlinə liderlik edən Eldar Yusubovun  komandası bu matçdan da asan qələbə ilə ayrılıb. “Azərreyl” ilk hissəni 25:13, sonrakı setləri isə 25:17 və 25:14  hesabı ilə qazanıb.

III dövrədən sonra “Azərreyl” 23 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Murov”un 16, “Abşeron”un 15 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

IX tur
“Murov” – “Abşeron” 3:1 (22:25, 25:14, 25:22, 31:29)
“Azərreyl” – UNEC 3:0 (25:13, 25:17, 25:14)

0