“Azərreyl”dən yeni transfer
07.02.2026 - 09:16
"Azərreyl" voleybol komandası heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Braziliyalı diaqonal hücumçu Natiele Qonçalves cari mövsümün sonuna qədər "Azərreyl"in şərəfini qoruyacaq.
34 yaşlı voleybolçu beynəlxalq təcrübəsi və güclü hücum potensialı ilə seçilir.
0
0