“Azərreyl”in avrokubok matçlarının vaxtı dəqiqləşdi
01.12.2022 - 10:32
“Azərreyl”in avrokubok matçlarının vaxtı dəqiqləşdi

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun Çelenc kubokunun 1/16 final mərhələsində oyunlarının vaxtı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, Eldar Yusubovun komandası Almaniya “Turingen”i ilə ilk görüşünü dekabrın 14-də evdə keçirəcək. 

Voleybol Mərkəzində təşkil olunacaq matç saat 17:00-da başlanacaq. 

Komandaların cavab oyunu isə dekabrın 20-nə təsadüf edəcək. Eldar Yusubovun komandası Almaniyadakı görüşə Bakı vaxtı ilə saat 22:00-da çıxacaq. 

Qeyd edək ki, “Azərreyl” 1/32 finalda “Slaviya”ya (Slovakiya) qalib gəlib. 

0