Basketbol üzrə Azərbaycan klubları yenə avrokuboklardan kənar qalacaq. Apasport.az saytının məlumatına görə, həvəskar səviyyədə keçirilən ölkə çempionatının mükafatçıları beynəlxalq arena çıxmağı məqsədəuyğun hesab etməyiblər.
Nəinki maliyyə, arena baxımından da əziyyət çəkən komandalarımız yeni mövsümdə də Azərbaycan çempionatı ilə kifayətlənəcəklər. Hətta hər il olduğu kimi, yenə də hansı komandanın yaşayacağı və ya sponsorlara uyğun adını dəyişəcəyi son anda dəqiqləşəcək.
Qeyd edək ki, 2017/18 mövsümünün qalibi adını NTD qazanıb. AzTOP-un ikinci olduğu çempionatda “üçlüy”ü “80-lər” qapayıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq