Belarus və Mərakeş yığmaları Azərbaycanla oyun üçün Bakıda
18.07.2022 - 13:21
Belarus və Mərakeş yığmaları Azərbaycanla oyun üçün Bakıda

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə məşqləri Bakıda davam etdirir.

Apasport.az saytının məlumatına görə, hazırlıq planına uyğun olaraq yığmamız paytaxtda təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama görüşü də keçirəcək.

Millimiz Mərakeş və Belarus yığmaları ilə üz-üzə gələcək. Hər iki komanda artıq Bakıdadır və bu gün Voleybol Mərkəzində ilk məşqlərinə çıxıblar. Komandalar bir-birini də məhz bu arenada sınağa çəkəcəklər. Pərviz Səmədovun rəhbərlik etdiyi milli sınaq qarşılaşmalarını saat 17:00-da keçirəcək. 

Azərbaycan millisinin yoxlama görüşləri
18 iyul

Azərbaycan - Belarus
19 iyul 
Azərbaycan - Mərakeş 
21 iyul 
Azərbaycan - Belarus
22 iyul 
Azərbaycan - Mərakeş
 

0