Qadın voleybolçular arasında Qızıl Avropa Liqası davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı VI qrupda mübarizəyə yekun vurulub.
Millimizin Ukraynanı məğlub etdiyi son turda Bolqarıstanla Portuqaliya üz-üzə gəlib. Bu görüşün nəticəsi yığmamızın da gələcək taleyinə təsir edirdi. Qrupun autsayderini 3:0 hesabı ilə (25:17, 25:22, 27:25) məğlub edən bolqarlar qrupu birinci pillədə başa vurub və yarışın yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Bolqarıstanla xalımız eyni (15) olsa da, rəqib millimizi yalnız set fərqində qabaqlayıb.
Qrupu ikinci pillədə tamamlayan Azərbaycan yığmasının mübarizəni davam etdirib-etdirməməsi isə bu gün B qrupunda baş tutacaq Macarıstan – Finlandiya qarşılaşmasından asılı olacaq.
|
N |
Ölkə |
O |
Q |
M |
S |
T |
X |
|
1 |
Bolqarıstan |
6 |
5 |
1 |
16-5 |
513-436 |
15 |
|
2 |
Azərbaycan |
6 |
5 |
1 |
16-7 |
549-492 |
15 |
|
3 |
Ukrayna |
6 |
2 |
4 |
8-13 |
483-491 |
6 |
|
4 |
Portuqaliya |
6 |
0 |
6 |
3-18 |
397-523 |
0 |
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq