Braziliyalı oyunçu "Gəncə"də - RƏSMİ
30.06.2026 - 12:22
“Gəncə” voleybol klubu heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, komanda yeni mövsüm öncəsi braziliyalı voleybolçu Hellen Luvizetti Lacava ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
ABŞ, Kosovo və Kanadada legioner həyatı yaşamış təcrübəli oyunçunun son klubu Fransanın “Volleyball Pays Viennois” komandası olub.
0
0