Cazibədar voleybolçu "Dinamo Moskva"da qalır - FOTOLAR
12.07.2024 - 17:10
Cazibədar voleybolçu "Dinamo Moskva"da qalır  - FOTOLAR

Rusiya Qadınlar Voleybol Liqası komandalarından “Dinamo Moskva” təcrübəli voleybolçu ilə müqavilə yeniləyib.

Apasport.az xəbər verir ki, məşhur voleybolçu Nataliya Qonçarova növbəti 1 ili də paytaxt təmsilçisində keçirəcək.

Nataliya 2008-ci ildən “Dinamo”nun formasını geyinir. Növbəti mövsüm onun üçün 17-ci olacaq. O, komandası ilə 6 dəfə Rusiya liqası və kubokunun qalibi olub.

Beləliklə, xarici gözəlliyi ilə azarkeşlərin sevimlisinə çevrilən Nataliya daha 1 il Moskva təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Qonçarova 2010-cu il Dünya Çempionatında da qızıl medala yiyələnib.
 
 

0