CEV prezidenti gəldi, oyunlar təxirə salındı
07.11.2023 - 14:24
CEV prezidenti gəldi, oyunlar təxirə salındı

Voleybol üzrə ölkə çempionatında bu gün keçiriləcək oyunlar təxirə salınıb. 

Apasport.az xəbər verir ki, buna ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanevlə bir sıra görüş və tədbirlərin keçirilməsi səbəb olub.

Bu üzdən də noyabrın 7-də keçirilməsi nəzərdə tutulan bütün qarşılaşmaların vaxtının dəyişdirilməsi qərarı alınıb. 

Qeyd edək ki, təxirə salınmış oyunların keçiriləcəyi tarix dəqiqləşməyib.
 

0