Çimərlik voleybolçularımız Türkiyədəki turnirdə iştirak edib - FOTO
29.04.2023 - 21:11
Çimərlik voleybolçularımız Türkiyədəki turnirdə iştirak edib - FOTO

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən çimərlik voleybolçularımız Sport Beach Turkiye turnirində iştirak ediblər.

Apasport.az xəbər verir ki, turnirdə 20 qadın və 20 kişi cütlüyü mübarizə aparıb.

3 qadın və 3 kişi cütlüyümüzün iştirak etdiyi yarışda – B Liqasında bütün rəqiblərinə qalib gələn Ariadna Neçay – Nərmin Səmədzadə cütlüyü 1-ci, Lizi Latsabidze – Səbinə Əlizadə cütü isə yarışın 3-cüsü olub.

A Liqasında çıxış edən Aytac Bayramlı – Aişə Hüseynova cütü 4-cü yeri tutub. Baş məşqçi İqor Olefirin rəhbərlik etdiyi çimərlik voleybolçularımızın Antalyada hazırlıqları davam edir.

0