Çin klubundan “Abşeron”a keçdi
26.01.2024 - 14:19
Çin klubundan “Abşeron”a keçdi

Voleybol üzrə Azərbaycan millisinin üzvü Mariya Kirilyuk karyerasını yenidən Azərbaycanda davam etdirəcək. 

Apasport.az xəbər verir ki, 28 yaşlı blokçu voleybolçu mövsümün sonuna qədər “Abşeron”da oynayacaq. 

O, Çinin “Şenzem Zonqsai” klubundan transfer olunub.

Kirilyuk daha əvvəl “Lokomotiv”, “Azərreyl” və “Mübariz” klublarının formasını geyinib. 

0