Kişi və qadın voleybolçular arasında AVRO-2023-ün seçmə mərhələsinin qrupları müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyasının son reytinq cədvəlinə əsasən Azərbaycan millilərinin də rəqibləri bəlli olub.
Kişilərdən ibarət yığmamız A qrupunda mübarizə aparacaq. Onların rəqibləri Türkiyə və Danimarka milliləri olacaq. Yarışda 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.
Qadınlardan ibarət yığmamız isə AVRO-2023-ün seçmə mərhələsində Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə birgə D qrupunda yer alacaq. Qadınların yarışında 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq komandalar final mərhələsinə yüksələcək.
Kişi və qadın voleybolçular arasında Avropa çempionatının həlledici mərhələsini keçirəcək ölkələr hələlik açıqlanmayıb.
Qeyd edək ki, qitə çempionatının seçmə mərhələsinin görüşləri avqust – sentyabrda olacaq.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq