Rusiyada keçiriləcək dünya çempionatı ərəfəsində mundialların ən çox cəzalanan futbolçularının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, final mərhələlərində ən çox vərəqəni Fransa millisinin unudulmaz siması Zinəddin Zidan alıb.
O, yığması ilə qatıldığı 3 dünya çempionatının 12 matçında 2 qırmızı və 4 sarı vərəqə ilə cəzalandırılıb. Braziliyalı Kafu da 6 dəfə hakimlərin qəzəbinə tuş gəlib. Lakin vərəqələrin hamısı “sarı” olub. Növbəti sıralarda isə Riqobert Sonq, Dieqo Maradona və Lotar Matteus qərarlaşıb.
|
Futbolçu (ölkəsi) |
Oyun |
Sarı |
Qırmızı |
Cəmi |
|
Zinəddin Zidan (Fransa) |
12 |
4 |
2 |
6 |
|
Kafu (Braziliya) |
20 |
6 |
0 |
6 |
|
Riqobert Sonq (Seneqal) |
9 |
3 |
2 |
5 |
|
Dieqo Maradona (Argentina) |
21 |
4 |
1 |
5 |
|
Lotar Matteus (Almaniya) |
25 |
5 |
0 |
5 |
|
|
|
|
|
|
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq