Federasiya nümayəndələri yeniyetmə voleybolçularla görüşdülər
30.01.2024 - 10:22
Federasiya nümayəndələri yeniyetmə voleybolçularla görüşdülər

Azərbaycan Voleybol Federasiyası (AVF) bölgələrdə seleksiya işlərini davam etdirir.

Apasport.az xəbər verir ki, bu işlər çərçivəsində federasiya nümayəndələri bu dəfə Şəki şəhərində olublar.

Seleksiya məşqlərində Şəki ilə yanaşı, Oğuz, Qax və Zaqataladan olan yeniyetmə voleybolçular iştirak ediblər.

AVF nümayəndələri məşqləri izləyib və müvafiq tələblərə uyğun gələn idmançıların qeydiyyatını aparıblar.

0