“Gəncə” – “Azərreyl” oyununun vaxtı açıqlandı
23.11.2023 - 16:02
“Gəncə” – “Azərreyl” oyununun vaxtı açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan birinciliyində növbəti oyunların vaxtı müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyası açıqlayıb.

Turun matçları noyabrın 25-də keçiriləcək. Ölkə çempionatında ikinci turun qarşılaşmaları Bakı və Gəncə şəhərlərində baş tutacaq. 

Ev oyunlarını Gəncə OİK-də keçirən “Gəncə” klubunun qonağı bu dəfə “Azerreyl” olacaq. Oyun saat 18:00-da başlayacaq.

Həmin gün Bakıda GİN-nin Voleybol Mərkəzində ikinci turun daha iki oyunu baş tutacaq. İlk olaraq saat 15:00-da meydana “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları çıxacaqlar. Saat 18:00-da isə “Abşeron” və UNEC klubları üz-üzə gələcəklər.

0