“Heydər Əliyev Kuboku”na start verildi
25.04.2023 - 20:55
“Heydər Əliyev Kuboku”na start verildi

Bu gün qadın və kişi voleybolçular arasında “Heydər Əliyev Kuboku”na start verilib.

Apasport.az xəbər verir ki, ümumilikdə 13 komandanın mübarizə apardığı yarışın ilk günü oyunlar 2 arenada təşkil olunub. Qadınların yarışında “Ryuqa”, Murov-2”, “Xarı bülbül Şuşa”, UNEC, “Azərreyl”, “Abşeron”, “Murov”, kişilərin mübarizəsində isə “Təhsil”, “Xarı bülbül-2 Şuşa”, MOİK, “Murov”, “Neftçi”, “Xarı bülbül Şuşa” kollektivləri çıxış edirlər.

Olimpiya sistemi ilə keçirilən və 4 gün davam edəcək yarışın ilk günündə məğlub olan komandalar kubok uğrunda mübarizəni dayandırıblar. Günün nəticələrinə görə kişilərin mübarizəsində "Murov" və MOİK yarımfinala yüksəliblər. “Hərbi İnstitut” və “Ekspres” komandaları müəyyən səbəblərdən son anda mübarizəyə qoşulmadıqlarına görə “Neftçi” və “Xarı bülbül Şuşa” klubları reqlamentə uyğun olaraq mübarizəyə birbaşa yarımfinaldan başlayacaqlar.

Qadınların yarışında isə "Abşeron", "Azərreyl" və UNEC növbəti mərhələyə adlayıblar. “Azərreyl-2” müəyyən səbəblərdən turnirdə iştirak etmədiyi üçün "Murov" klubu reqlamentə uyğun olaraq birbaşa yarımfinal mərhələsindən mübarizəyə qoşulacaq.

Oyunlardan sonra yarımfinal mərhələsinin püşkü atılıb. Aprelin 26-da və 27-də Voleybol Mərkəzində baş tutacaq yarımfinalda ilk gün qadınlar, növbəti gün isə kişilər finalçıları müəyyən edəcəklər.

Beləliklə, aprelin 26-da saat 14:00-da "Abşeron” – “Murov”, ardınca saat 16:00-da isə “Azərreyl” – UNEC qarşılaşmaları baş tutacaq.

Kişi voleybolçuların yarımfinal mərhələsində saat 16:00-da meydançaya “Xarı bülbül Şuşa” – “Neftçi”, 2 saat sonra isə “Murov” və  MOİK cütləri çıxacaqlar.

25.04.2023
Qadınlar

 “Ryuqa” – “Abşeron” 0:3 
 “Murov-2” – “Azərreyl” 0:3
 “Xarı bülbül Şuşa” – UNEC 0:3

25.04.2023
Kişilər

 “Xarı bülbül-2 Şuşa” – “Murov” 0:3
 “Təhsil” – MOİK 2:3 

26.04.2023
Yarımfinal (qadınlar)

14:00 “Abşeron” – “Murov”
16:00 “Azərreyl” – UNEC
Məkan: Voleybol Mərkəzi
 
27.04.2023
Yarımfinal (kişilər)

16:00 “Xarı bülbül Şuşa” – “Neftçi”
18:00 “Murov” – MOİK
Məkan: Voleybol Mərkəzi

28.04.2023
16:00 Final (qadınlar) ("CBC Sport" canlı)
18:00 Final (kişilər) ("CBC Sport" canlı)
Oyunlardan sonra turnirin bağlanış mərasimi
Məkan: Voleybol Mərkəzi

0