III dövrənin oyunları nə vaxt başlayır?
12.02.2023 - 15:18
III dövrənin oyunları nə vaxt başlayır?

Voleybol üzrə qadınlar arasında Azərbaycan  çempionatında növbəti oyunların vaxtı dəqiqləşib.

Apasport.az xəbər verir ki, qadın voleybolçuların Yüksək Liqasında III dövrənin oyunlarına sabah start veriləcək.

Voleybol Mərkəzində təşkil olunacaq VII turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Abşeron” – UNEC dueli start götürəcək.

0