Lebron Ceyms karyerası ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, “Klutch Sports Group”un rəsmi bəyanatında 33 yaşlı basketbolçunun növbəti mövsümdən etibarən “Los Anceles Leykers” formasını geyəcəyi bildirilib.
Lebron Ceyms yeni klubu ilə ümumilikdə 154 milyon dollar dəyərində olan 4 illik müqaviləni razılaşdırıb. Liqanın şərtlərinə görə, ulduz basketbolçu 6 iyul tarixindən erkən sazişə imza ata bilməz.
Məlumatın açıqlanmasının ardından Lebron Ceyms sosial media hesabı vasitəsilə “Klivlend Kavalyers” azarkeşləri ilə vidalaşıb.

Qeyd edək ki, Lebron Ceyms karyerası ərzində “Klivlend Kavalyers” (2003-2010, 2014-2018) və “Mayami Hit”də (2010-2014) çıxış edib. O, 3 dəfə (2012, 2013, 2016) NBA çempionu adını qazanıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq