Lider sensasiyaya imkan vermədi
12.03.2024 - 19:27
Lider sensasiyaya imkan vermədi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, Yüksək Liqada iki matç baş tutub.

Hər iki qarşılaşma GİN-nin Voleybol Mərkəzində təşkil olunib. Öncə “Murov Az Terminal” “Milli Aviasiya Akademiyası”nı sınağa çəkib və gərgin mübarizə alınıb. 5 set davam edən qarşılaşmada qonaq komanda qalib gəlib.

Ardınca çempionatın lideri “Azərreyl” “Gəncə” ilə görüşüb. Gözlənildiyi kimi, "dəmiryolçular" ciddi müqavimətlə üzləşməyiblər. 3:0 hesabı ilə qalib gələn "Azərreyl" liderliyini bir az da möhkəmlədib.

Qeyd edək ki, tura sabah keçiriləcək UNEC – “Abşeron” matçı ilə yekun vurulacaq.

0