Maradona əməliyyat olunacaq
06.06.2018 - 20:06
Əfsanəvi futbolçu Dieqo Armando Maradona əməliyyat olunacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu Brest “Dinamo”sunun idarə heyətinin sədrinin həkimi Herman Oçoa deyib.
O bildirib ki, 58 yaşlı mütəxəssis bu üzdən Kolumbiyaya yollanıb: “Dieqo Kalidə müayinə olundu. Nəticələr onun sol dizindən əməliyyata ehtiyac duyduğunu göstərdi. Çünki bir neçə il əvvəl dizindən xəsarət almışdı. Buna baxmayaraq, Maradona Rusiyadakı dünya çempionatına yollana və matçları şərh edə biləcək”.
Qeyd edək ki, dünya çempionatı iyunun 14-də start götürəcək.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0