Azərbaycan Cüdo Federasiyası tərəfindən mütəmadi olaraq regionlarda çalışan məşqçi-müəllimlər üçün seminarlar təşkil olunur və onlar bu idman növünün yeni qaydaları ilə ətraflı məlumatlandırılır. Apasport.az xəbər verir ki, növbəti belə bir tədbir Mingəçevirdə baş tutub.
Federasiyanın təşkilatçılığı ilə “Aran Qarabağ” regionunun məşqçi və müəllimləri üçün seminar keçirilib. Seminar Mingəçevirə ezam olunmuş federasiyanın regionlarda cüdonun inkişaf sektorunun şöbə müdiri Tərlan Poladlı və məşqçilər komitəsinin üzvü Musa İsmayılov tərəfindən aparılıb.
Seminar iştirakçıları cüdonun daim inkişafda olan yeni texnika və qaydaları ilə həm nəzəri, həm də praktiki olaraq məlumatlandrılıblar.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq