“Milli Aviasiya Akademiyası” liderə qarşı
21.02.2024 - 11:33
“Milli Aviasiya Akademiyası” liderə qarşı

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının 14-cü tur çərçivəsində daha bir oyun keçiriləcək. 

Apasport.az xəbər verir ki, turun son qarşılaşması GİN-nin Voleybol Mərkəzində keçiriləcək.

“Milli Aviasiya Akademiyası” və “Azərreyl” arasında baş tutacaq bu oyun saat 18:00-da başlayacaq.

Qeyd edək ki, turun digər 2 oyunu dünən keçirilib.

21 fevral

Yüksək Liqa (qadınlar)

18:00. “Milli Aviasiya Akademiyası” - “Azərreyl” (GİN-nin Voleybol Mərkəzi)

0