Milli bu dəfə də meydanı məyus tərk etdi
06.12.2023 - 20:05
Milli bu dəfə də meydanı məyus tərk etdi

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ikinci oyununu keçirib.

Apasport.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda Ukrayna ilə qarşılaşıb.

Yığma bu dəfə də meydanı məyus tərk edib.

Qeyd edək ki, bu, Baxtiozinin rəhbərlik etdiyi komandanın ardıcıl 2-ci məğlubiyyətidi. Yığma daha öncə Polşaya da "quru hesabla" uduzub. Voleybolçularımız növbəti görüşünü noyabrın 7-də Latviyaya qarşı keçirəcək.

EEVZA çempionatı
II tur
22 noyabr
Ukrayna - Azərbaycan - 0:3 (7:25, 17:25, 18:25)

0