Millimiz Almaniya ilə bacarmadı
20.08.2023 - 00:05
Millimiz Almaniya ilə bacarmadı

Qadın voleybolçular arasında təşkil olunan Avropa çempionatının ikinci günü arxada qalıb.

Apasport.az-ın məlumatına görə, millimiz turu məğlubiyyətlə başa vurub.

İlk oyunda Çexiyaya qalib gələn komandamız Almaniya ilə görüşdə eyni sürprizi gerçəkləşdirə bilməyib. Voleybolçularımızın gücü yalnız bir set qazanmağa çatıb.

Qeyd edək ki, yığmamız bu gün güclü Türkiyə komandası ilə üz-üzə gələcək. Oyun 22:00-da start götürəcək.

Avropa çempionatı
C qrupu

Azərbaycan – Almaniya – 1:3 (13:25, 22:25, 25:12, 14:25)
İsveç – Yunanıstan – 1:3 (23:25, 25:19, 25:27, 22:25)

Almaniya – 6, Türkiyə - 3, Azərbaycan – 3, Yunanıstan – 3, Çexiya – 0, İsveç – 0 xal.
 

0