Millimiz beynəlxalq turnirdə gümüş medal qazanıb
17.02.2025 - 17:47
Millimiz beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanın çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət millisi Latviya açıq çempionatının əsas mərhələsində gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, qrup və pley-off mərhələsindən ibarət olan yarışda yığma Məhəmməd Aslanlı - İbrahim Məmmədov cütlüyü ilə təmsil olunub.

Milli həlledici görüşdə ev sahiblərinə 1:2 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Yarışda Azərbaycan və Litva hərəyə 1, Estoniya 2, Latviya 12 komanda ilə təmsil olunub.

Qeyd edək ki, millimiz Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək.