Millimiz İsveçrəyə məğlub oldu - YENİLƏNİB
07.06.2026 - 19:31
Millimiz İsveçrəyə məğlub oldu - YENİLƏNİB

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa Liqasında növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu kollektiv İsveçrə yığması ilə üz-üzə gəlib.

Görüş rəqibin üstünlüyü ilə keçib. Komanda hər üç seti qalib başa vurmağı bacarıb.

Qeyd edək ki, Azərbaycan seçməsi ilk görüşdə Yunanıstana 0:3 hesabı ilə uduzub.

Avropa Liqası
Azərbaycan - İsveçrə - 0:3 (15:25, 14:25, 20:25)