Millimiz Litvaya qarşı
13.01.2024 - 09:48
Millimiz Litvaya qarşı

Bu gün 20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında Litva ilə qarşılaşacaq. 

Apasport.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu komandanın oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, millimiz ötən gün 0:3 hesabı ilə Ukraynaya uduzub.

Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Qaydalara görə, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

0