
Voleybol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması “Kardeşlik” turnirində ikinci yeri tutub.
Apasport.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində təşkil olunan yarışda 7 komanda mübarizə aparıb.
U-16 yalnız finalda Bursanın “DSİ Nilüfer Spor Klubu”na məğlub olub. Komanda Şahin Çatmanın rəhbərliyi altında martın 26-dək təlim-məşq toplanışını Əskişəhərdə davam etdirəcək və yoxlama oyunlarında gücünü sınayacaq.
Qeyd edək ki, federasiya nümayəndəsi Məftun Salmanov, baş məşqçi Şahin Çatma və voleybolçular Əskişəhər rəhbərliyi və “Eskişehir DSİ Bentspor Klubu”nun prezidenti ilə də görüşüblər. Görüşlər zamanı birgə əməkdaşlığın davam etdiriləcəyi, qarşılıqlı təlim-məşq toplanışlarının və turnirlərin, yoldaşlıq oyunlarının təşkil olunacağı bildirilib.
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır