Millimizdən ardıcıl ikinci məğlubiyyət - YENİLƏNİB
07.09.2022 - 19:13
Millimizdən ardıcıl ikinci məğlubiyyət - YENİLƏNİB

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2023-ün təsnifat mərhələsində Sloveniyanın qonağı olub.

V turun matçında meydan sahibləri qalib gəlib – 3:1. Final mərhələsinə vəsiqə üçün yığmamıza cəmi iki set lazım olsa da, komandamız bu vəzifənin öhdəsindən gələ bilməyib.

Ardıcıl iki dəfə Sloveniyaya məğlubiyyət AVRO-2023-ə ikinci vəsiqənin taleyini son tura saxlayıb. Düzdür, bu gün Gürcüstan möcüzə sayəsində Avstriyaya qalib gəlsə, yığmamız ikinci olacaq. Lakin qonşularımızın sensasiya edəcək gücdə olması şübhə doğurur

Qeyd edək ki, Eldar Yusubovun yetirmələri qrupda sonuncu matçını sentyabrın 10-da səfərdə Avstriyaya qarşı keçirəcək. İkinci yeri tutmaq üçün komandamıza 1 xal da yetərli olacaq.

AVRO-2023-ün təsnifat mərhələsi
D qrupu, V tur
7 sentyabr

17:30. Sloveniya - Azərbaycan - 3:1 (25:16, 25:18, 19:25, 25:15)

1

Sloveniya

5

5

0

15-4

447-359

14

2

Azərbaycan

5

3

2

11-6

377-331

9

3

Avstriya

4

1

3

5-9

284-312

4

4

Gürcüstan

4

0

3

0-12

197-303

0

1