Millimizin hücumçusundan vida
25.12.2023 - 10:48
Millimizin hücumçusundan vida

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Vyetnamın “Xoa Çat Duk Qianq Tia Sanq” klubundan ayrılıb.

Apasport.az  xəbər verir ki, Ukrayna əsilli oyunçu bu barədə sosial şəbəkədə  paylaşım edib.

“Təşəkkür edirəm, Vyetnam. Buranın insanları həmişə mənə özümü evdəki kimi hiss etməyə imkan verir. Gələcəkdə yenidən görüşənədək”.

Qeyd edək ki, hazırkı komandası ilə Vyetnam liqasında gümüş medal qazanıb və çempionatın ən yaxşı hücumçusu seçilib.

0