Millimizin oyunçusu “Azərreyl”dən getdi - İndoneziya klubuna
05.12.2022 - 15:22
Azərbaycan millisinin sabiq voleybolçusu Katerina Jidkova “Azərreyl”dən ayrılıb.
Apasport.az saytının məlumatına görə, milliləşən ukraynalı karyerasına İndoneziyada davam edəcək.
O, müqavilə ilə məxsus olduğu yüksək liqa təmsilçisi “Cakarta Elektrik”də oynayacaq. 33 yaşlı Jidkova sabah komandasına qoşulmaq üçün Asiya ölkəsinə yollanacaq. Son 2 ayda “Azərreyl”ə kömək edən hücumçu bir mövsüm burada çıxış edəcək.
Qeyd edək ki, Jidkovanın ölkə xaricindəki son klubu ötən mövsümdə formasını geyindiyi Vyetnam təmsilçisi “Bambu Eyrveys Vin Pu” olub.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
2
0