Millimizin üzvləri Rumıniya çempionu olublar
15.04.2025 - 23:27
Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Oksana Xarçenko Rumıniya çempionu titulunu qazanıblar.
Apasport.az xəbər verir ki, təmsilçilərimizin heyətində yer aldıqları "Alba" klubu final seriyasında "Voluntari"dən güclü olub.
Tərəflər arasında keçirilən dördüncü görüş 3:1 hesabı ilə "Alba"nın üstünlüyü ilə başa çatıb. Yekun nəticədə də 3:1 hesabı ilə qalib gələn voleybolçularımızın komandası mövsümü 1-ci pillədə başa vurub.
Qeyd edək ki, "Alba" bununla da "Voluntari"dən ötən mövsümün finalındakı məğlubiyyətin revanşını alıb.
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0