Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin kapitanı Vüqar Bayramov Avropa Liqasındakı mübarizəni dəyərləndirib.
Apasport.az xəbər verir ki, o, Azərbaycan Voleybol Federasiyasına açıqlamasında ilk iki oyunla bağlı təəssüratlarını bölüşüb:
"İlk iki oyun bizim üçün kifayət qədər çətin keçdi. Təəssüf ki, istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bunun əsas səbəblərindən biri rəqiblərimizin həm boy, həm də fiziki cəhətdən üstün olmaları idi. Bununla belə, qarşıda bizi daha 4 vacib oyun gözləyir. Hazırda səhvləri və çatışmazlıqları diqqətlə təhlil edir, növbəti görüşlərə daha yaxşı hazırlaşmaq üçün intensiv çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda daha inamlı çıxış edəcəyik, daha keyfiyyətli voleybol nümayiş etdirəcəyik və komandanın əsl potensialını ortaya qoya biləcəyik".
Qeyd edək ki, komanda Avropa Liqasında keçirdiyi ilk iki matçda Yunanıstan və İsveçə 0:3 hesabı ilə məğlub olub.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər