“Murov Az Terminal”dan əzmkar qələbə
16.10.2025 - 21:22
“Murov Az Terminal”dan əzmkar qələbə

Bu gün kişi voleybolçular arasında Yüksək Liqanın 2025–2026-cı illər mövsümünə start verilib.

Apasport.az xəbər verir ki, günün ikinci qarşılaşmasında “Murov Az Terminal” və “Azerreyl” komandaları üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən oyunda “Murov Az Terminal” rəqibini 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, I turun “Gənclər” – “Xilasedici” görüşü Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətə əsasən təxirə salınıb.

Yüksək Liqa 
I tur
“Murov Az Terminal” - “Azerreyl” 3:2 (25:22, 40:42, 19:25, 25:20, 15:10)