"Murov" təxirə salınmış matçda da qələbə qazandı
25.02.2023 - 20:24
"Murov" təxirə salınmış matçda da qələbə qazandı

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turdan təxirə salınan “Xarı bülbül” – “Murov” oyunu keçirilib. 

Apasport.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Murov” komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:18 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası sonrakı setləri də aktivinə yazıb – 25:18, 25:23.

Beləliklə, bu matçdan sonra “Murov” xallarının sayını 26-ya çatdırıb və turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik “Xarı bülbül” 2-ci, 12 xalla “Neftçi” 3-cü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

VI tur (təxirə salınan oyun)
“Xarı bülbül” – “Murov” 0:3 (18:25, 18:25, 23:25)

0