"Murov" və "Xarı bülbül" finalın bir addımlığında
30.03.2023 - 22:02
"Murov" və "Xarı bülbül" finalın bir addımlığında

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, bu raundun ilk oyunlarında "Murov" MOİK-lə, "Xarı bülbül" komandası isə ilə "Neftçi"qarşılaşıb.

Voleybol Mərkəzində təşkil olunan hər iki görüşdə nominal meydan sahibləri qələbə qazanıblar. "Murov" rəqibini 3:0 (25:20, 25:18, 25:14), "Xarı bülbül" isə 3:1 (25:22, 25:17, 21:25, 25:19) hesabı ilə məğlub edib.

Qeyd edək ki, yarımfinal mərhələsi 2, final isə 3 qələbəyə kimi oynanılacaq.

Yarımfinal (ilk oyun)
“Murov” – MOİK 3:0 (25:20, 25:18, 25:14)
“Xarı bülbül” – “Neftçi” 3:1 (25:22, 25:17, 21:25, 25:19)

0