"Murov" və "Xarı bülbül"dən növbəti qələbə - FOTOLENT
02.02.2023 - 21:25
"Murov" və "Xarı bülbül"dən növbəti qələbə - FOTOLENT

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrə oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, günün ilk görüşündə “Neftçi” “Murov”la üz-üzə gəlib. İlk 2 setdə 25:22, 25:22 hesabı ilə qalib gələn “Murov” 3-cü hissədə 16:25 hesabı ilə məğlub olub. 4-cü set isə matçda sonuncu olub. Bu hissədə 25:21 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası görüşün yekun hesabını müəyyənləşdirib – 3:1.

Voleybol Mərkəzində təşkil olunan IV turun növbəti matçı MOİK və “Xarı bülbül” komandaları arasında olub. Qarşılaşma Şuşa klubunun 25:21 hesablı üstünlüyü ilə başlasa da, 2-ci hissədə Eldar Əliyevin komandası 25:22 hesabı ilə qalib gəlib. 3-cü və 4-cü setlərdə isə yenidən “Xarı bülbül” 25:18 və 25:21 hesabı ilə qələbə qazanıb – 3:1.

Beləliklə, II dövrənin ilk turundan sonra “Murov” 12 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” 2-ci, 6 xalla “Neftçi” 3-cü yerdə qərarlaşıb. MOİK isə sonuncu pilləni tutur. 

IV tur
“Neftçi” – “Murov” 1:3 (22:25, 22:25, 25:16, 21:25)
MOİK – “Xarı bülbül” 1:3 (21:25, 25:22, 18:25, 21:25)

0