Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, İsmayılova qadın voleybolçular arasında Avropa Liqasının oyunlarına supervayzer təyin olunub.
AVF rəsmisi iyunun 12-dən 14-nə qədər Yunanıstanın Saloniki şəhərində, 19-21 iyunda isə Estoniyanın paytaxtı Tallində keçiriləcək qarşılaşmalarda supervayzer kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Yunanıstanda baş tutacaq oyunlarda Portuqaliya, Kosovo və ev sahibi Yunanıstan milli komandaları mübarizə aparacaqlar. Estoniyada təşkil olunacaq qarşılaşmalarda isə Latviya, Yunanıstan və ev sahibi Estoniya milli komandaları iştirak edəcəklər.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər