Polşa klubu ruslara görə beynəlxalq yarışdan imtina etdi
07.03.2025 - 13:16

Polşanın "Slepsk Suvalki" voleybol klubu Dubayda keçirilən "NAS Sports Tournament" beynəlxalq turnirində iştirakdan imtina edib.
Apasport.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti öz saytında məlumat yayıb.
Qərar yarışda Rusiya Federasiyasını təmsil edən komandaların iştirakı ilə bağlı məlumatdan sonra qəbul edilib.
NAS İdman Turniri martın 12-dən 20-dək davam edəcək.
Qeyd edək ki, yarışlarda Moskvanı 2 komanda - "Dinamo M" və "Nova" təmsil edəcək.
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır
0
0