Avropa Liqasına hazırlaşan Azərbaycanın qadın voleybolçulardan ibarət millisi ölkə xaricindəki təlim-məşq toplanışını başa vurub.
Apasport.az xəbər verir ki, mayın 12-16-da Macarıstanda təlim-məşq toplanışında olan komanda bu ölkənin yığması ilə iki yoxlama oyunu keçirib və hər iki qarşılaşmada qələbə qazanıb (3:0, 3:1).
Daha sonra Sloveniyaya yollanan voleybolçular mayın 16-dan 29-dək Maribor şəhərində hazırlıq keçiblər. Faiq Qarayevin rəhbərlik etdiyi yığma burada baş tutan yoxlama oyunlarında Xorvatiya (3:1) və Avstriya (3:1, 3:1) millilərini, eləcə də ABŞ-nin "Colgate" klubunu (3:0) məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər