Türkiyə millisi yarımfinalda
04.09.2025 - 20:47

2025-ci il FIVB qadınlararası voleybol üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Türkiyə millisi 1/4 finalda ABŞ-la qarşılaşıb.
Görüş "ay-ulduzlular"ın 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Bununla da, komanda yarımfinala yüksəlib. Türkiyənin buradakı rəqibi Yaponiya millisi olacaq.
Digər yarımfinalda isə Braziliya İtaliya ilə üz-üzə gələcək.
0
0