Voleybol çempionatında mövsümün ilk oyunları keçirildi
10.01.2024 - 12:38
Voleybol çempionatında mövsümün ilk oyunları keçirildi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları baş tutub.

Apasport.az xəbər verir ki, ötən gün GİN-in Voleybol Mərkəzində 8-ci turun iki oyunu keçirilib.

İlk olaraq meydana “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları çıxıb. “Milli Aviasiya Akademiyası” qarşılaşmaya daha yaxşı başlayıb və Vüqar Əliyevin yetirmələri üstünlüklərini sonadək qoruyaraq 3:0 hesabı ilə qələbə qazanıblar.

Turun növbəti oyunu isə “Murov Az Terminal” və “AZERRAIL” klubları arasında olub. Tərəflər hərəyə iki set qazandığından qalib tay-brekdə müəyyənləşib. Həlledici hissədə daha dəqiq oynayan “Murov Az Terminal” bu matçdan 3:2 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, “AZERRAIL” 19 xalla turnir cədvəlinə liderlik edir. “Abşeron” 18 xalla ikinci, “Murov Az Terminal” 17 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.

9 yanvar

Yüksək Liqa (qadınlar)

VIII tur

“Abşeron” - “Milli Aviasiya Akademiyası” 0:3 (18:25, 19:25, 25:27)

“Murov Az Terminal” - “AZERRAIL” 3:2 (18:25, 25:19, 25:14, 17:25, 15:6)

0