Voleybol millilərimizin oyunlarının vaxtı BİLİNDİ
17.03.2024 - 12:13
Voleybol millilərimizin oyunlarının vaxtı BİLİNDİ

Qızıl Avropa Liqasında iştirak edəcək voleybol üzrə qadın və kişilərdən ibarət Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olunub.

Apasport.az xəbər verir ki, hər 2 yığmanın matçlarının bir turu Bakıda təşkil ediləcək.

Yarışın reqlamentinə əsasən, bir turnir cədvəli olacaq və ilk 4 yeri tutan komandalar “Dördlər finalı”na yüksələcəklər.

Kişilər: Azərbaycan, Ukrayna, Belçika, Portuqaliya, Çexiya, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Şimali Makedoniya, Estoniya, Lüksemburq.

Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Avstriya, Estoniya, Ukrayna.

Qızıl Avropa Liqası (qadınlar)
I Turnir - Xorvatiya
17.05.2024 / 19:00 Azərbaycan – Xorvatiya
18.05.2024 / 15:00 Slovakiya – Azərbaycan
19.05.2024 / 19:00 Xorvatiya – Slovakiya

II Turnir – Rumıniya
24.05.2024 / 17:00 Azərbaycan – Rumıniya
25.05.2024 / 17:00 İsveç – Azərbaycan
26.05.2024 / 17:00 Rumıniya – İsveç

III turnir - Azərbaycan
31.05.2024 / 18:00 Estoniya – Azərbaycan
01.06.2024 / 18:00 Avstriya - Estoniya
02.06.2024 / 18:00 Azərbaycan – Avstriya

Qızıl Avropa Liqası (kişilər)
I Turnir - Azərbaycan
17.05.2024 / 18:00 Rumıniya – Azərbaycan
18.05.2024 / 18:00 Ukrayna - Rumıniya
19.05.2024 / 18:00 Azərbaycan – Ukrayna

II Turnir - Belçika
24.05.2024 / 17:30 Azərbaycan - Belçika
25.05.2024 / 17:30 Şimali Makedoniya – Azərbaycan
26.05.2024 / 15:00 Belçika - Şimali Makedoniya

III Turnir - Estoniya
31.05.2024 / 18:00 Azərbaycan - Estoniya
01.06.2024 / 16:00 Lüksemberq – Azərbaycan
02.06.2024 / 16:00 Estoniya – Lüksemburq

Qeyd edək ki, oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.

0